Qubadlıda silah-sursat aşkar edilib

Xəbərlər

07.01.2023 - 14:53

cedabet dərman SEO Xidməti

Aşkarlanan silah-sursat aidiyyəti üzrə təhvil verilib

Qubadlı rayonunda silah-sursat aşkar edilib. Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş