Qriqoryan: “Anklav və eksklavlar məsələsində heç bir razılaşma yoxdur”

Aktual

16.10.2026 - 21:36

“Azərbaycan tərəfi ilə 13 görüş keçirilib və hər görüşdən sonra rəsmi açıqlama dərc olunub”

“Azərbaycanla anklav və eksklavlar məsələsində heç bir razılaşma yoxdur”.  AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərlə söhbətində deyib.

"Heç bir razılaşma yoxdur. Rəsmi olaraq müzakirə edilən və üzərində işgüzar müzakirələr aparılan hər hansı bir məsələni ictimaiyyətə açıqlayırıq", - deyə o bildirib.

Baş nazirin müavini qeyd edib ki, “Azərbaycan tərəfi ilə 13 görüş keçirilib və hər görüşdən sonra rəsmi açıqlama dərc olunub”.

Qriqoryan vurğulayıb ki, işgüzar görüşlərdə anklav və eksklav məsələsi müzakirə olunmayıb. Onun sözlərinə görə, “əgər belə müzakirələr olsaydı, onlar rəsmi olaraq elan olunardı”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş