Putindən Qarabağla bağlı <font color=red> AÇIQLAMA</font>

Aktual

17.11.2020 - 16:49

“Əldə olunmuş üçtərəfli razılaşmaya əməl edilir”

 

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ barədə açıqlama verib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Putin BRICS qrupuna daxil olan həmkarları ilə söhbətdə deyib ki, hazırda Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmaya əməl edilir.

 

Rusiya liderinin sözlərinə görə, münaqişə zonasındakı vəziyyət stabilləşməkdədir: “Rusiya tərəfi iki dövlət arasındakı düşmənliyin dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən aktiv səylərini göstərdi. Vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə edildi”.

Müəllif: Ayna.az