“Əldə edilmiş sülhü qorumaq, onu davamlı və daimiyə çevirmək çox vacibdir”
Ermənistanın Baş naziri Nikol Paşinyan televiziya vasitəsilə xalqa müraciət edib. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan müraciətində Ermənistanın qarşısında duran hədəflətri açıqlayıb.
Paşinyan bildirib ki, bu gün ölkə qarşısında duran ən vacib vəzifə Qarabağda əldə olunmuş sülhün qorunmasıdır: “Əldə edilmiş sülhü qorumaq, onu davamlı və daimiyə çevirmək çox vacibdir”.
Baş nazir Ermənistan və Qarabağ ətrafında sabitliyin, Laçın dəhlizinin fasiləsiz işinin təmin edilməsini və insanların Qarabağa qayıtmasını ən mühüm hədəflər adlandırıb.
Hökumət əleyhdarlarının hakimiyyət və xalq arasında “ayırıcı xətt” yarada bilmədiyini deyən Paşinyan hüquq-mühafizə orqanlarına minnətdarlığını bildirib.
“Qarabağla bağlı bəyanat qəbul edilərkən yaranan şəraitdə başqa bir çıxış yolu yox idi. Çünki hər hansı başqa variant daha pis nəticələr verəcəkdi. Mən bunu dəfələrlə bildirmişəm”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.