Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadılır - <font color=red> QƏRAR</font>

Aktual

28.10.2020 - 17:14

Nazirlər Kabineti karantin rejiminin 1 dekabradək uzadılmasını qərara alıb

 

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılır.   AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Eyni zamanda, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub. Bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

 

Həmçinin, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

 

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

 

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

 

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

 

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

 

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Müəllif: Ayna.az