Lavrov: “Ən vacib məsələ əsirlərin mübadiləsidir”

Aktual

07.12.2020 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

“Biz sülhməramlılarımız vasitəsi ilə mümkün olan hər şəkildə onun erkən tamamlanmasına töhfə verəcəyik”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb. AYNA Rusiya mediasına istinadən bildirir ki, görüş zamanı nazirlər Qarabağdakı sülhməramlıların xidməti haqqında fikir mübadiləsi aparıblar.

 

Bununla yanaşı, nazirlər sülhməramlılar vasitəsilə hərbi əsirlərin dəyişdirilməsi məsələsindən danışıblar.

 

S.lavrov deyib ki, sülhməramlılar vasitəsilə əsirlərin mübadiləsi asanlaşacaq: “Bu gün ən vacib məsələ əsirlərin mübadiləsidir. Biz sülhməramlılarımız vasitəsi ilə mümkün olan hər şəkildə onun erkən tamamlanmasına töhfə verəcəyik”.

Müəllif: Ayna.az