Azərbaycanda COVID-19-a yoluxmanın<font color=red> SON STATİSTİKASI</font>

Aktual

03.12.2020 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Daha 4 min 189 nəfər koronavirusa yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib  

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, ötən müddət ərzində isə ümumilikdə 1 781 218 test aparılıb.

Müəllif: Ayna.az