Ermənilərin komanda məntəqəsinə güclü zərbə endirilib - <font color=red> RƏSMİ</font>

Aktual

30.09.2020 - 12:52

Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var

 

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyyəsi üçün kömək istəyir.

 

Nazirliyin yaydığı digər məlumatda isə qeyd edilib ki, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq, müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.

Müəllif: Ayna.az