“Paşinyan düşünürdü ki, anti-Rusiya mövqeyinə görə Qərb onu dəstəkləyəcək”

Aktual

04.10.2020 - 19:38

Aleksey Fenenko: “Ermənistan müharibəyə səbəb olsa da, ABŞ və Avropa onun köməyinə gəlmədi”

 

Fransa Prezidenti Emmanuel Makron açılan “fürsət pəncərəsi”ndən yararlanmaq və Ermənistanın yeni prioritet müttəfiqi kimi bölgəyə girmək istəyir. Bunu AYNA-ya rusiyalı poloitoloq Aleksey Fenenko deyib.

 

“Son bir neçə ildə Ermənistan rəhbərliyi davamlı olaraq Rusiyadan uzaqlaşırdı. 2014-cü ildən bəri genişlənən NATO-Ermənistan əməkdaşlıq proqramları, İrəvanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalaması, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın mənafelərinə uyğun gəlmədiyi barədə davamlı açıqlamaları, Ermənistandakı rusiyapərəst siyasətçilərin təqibi bunu anlamağa kifayətdir”, - o bildirib.

Эксперт рассказал о международных договорах, находящихся под угрозой - РИА  Новости, 11.12.2019

Ekspertin sözlərinə görə, Paşinyan ümid edirdi ki, hamı onun anti-Rusiya çıxışlarına görə ona hər şeyi bağışlayacaq və Qərb istənilən münaqişədə onu dəstəkləyəcək: “Paşinyanın məntiqi: “Moskvaya sadiq olmadığım üçün hər şeyi edə bilərəm”. Paşinyan müharibəyə aparan keçidi 1 sentyabrda keçdi. Xatırladım ki, onun imtina etdiyi Vyana və Sankt-Peterburqdan sülh planları 2016-cı ildə Rusiyanın vasitəçiliyi ilə işlənib hazırlanmışdı. Münaqişənin sülh yolu ilə həlli planlarından çıxış müharibə vəziyyətinin bərpası deməkdir”.

 

Fenenkonun fikrincə, Paşinyan bir iki-güllə atılacağına, bundan sonra ABŞ-ın ona hərtərəfli dəstək verəcəyini və sonda sakitcə bu fikirləri söyləyəcəyinə ümid edirdi: “Rusiya və KTMT, NATO-dan fərqli olaraq bizi müdafiə etmədi. İndi də Ermənistanın NATO ilə yaxınlaşması üçün kart-blanş var”.

 

“Amma reallıq fərqli oldu. Paşinyan müharibəyə səbəb olsa da, onun ABŞ və avropalı müttəfiqləri köməyə gəlmədi. Paşinyan Almaniya kanslerindən Azərbaycana təzyiq etməsini xahiş etdiyi son telefon danışığı bu siyasətin iflasının ən bariz nümunəsidir. Paşinyan məsələyə Almaniyanın - suverenliyi hələ də beynəlxalq səviyyədə məhdudlaşdırılan bir ölkənin qarışmasını istəyir. Ancaq Merkelin Ermənistan rəhbərliyini dəstəkləmək üçün heç bir tədbir görmək fikrində olmadığı aydın görünür”.

 

Fransanın münaqişəyə, Azərbaycanda böyük narazılıq yaradan münasibətini şərh edən politoloq, bu ölkədə həmişə çox nüfuzlu erməni lobbisinin olduğunu və hər bir prezidentin bunu nəzərə aldığını söyləyib: “Parisin 1998-ci ildə Prezident Levon Ter-Petrosyanın devrilməsinə mənfi reaksiyasını xatırlayın - axı o zaman Jak Şirak Prezident idi. Üstəlik Paris özünü Qarabağ məsələsində kənar hiss edir. Rusiya və ABŞ sülh yolu ilə həll olunması üçün təşəbbüslər irəli sürdü. (Yaxşı ya da pis - başqa bir sualdır, amma irəli sürüldü). Fransa həmsədr olaraq nə etdi? Makron “fürsət pəncərəsi”ndən istifadə edib bölgəyə Ermənistanın yeni prioritet müttəfiqi kimi daxil olmaq istəyir”.

 

Mütəxəssisin fikrincə, Paşinyan Makronun təklifini qəbul edərsə, bu, onun üçün bir başqa strateji səhv olacaq: “Reallıq göstərdi ki, Fransa İrəvanı müdafiə etmək fikrində deyil. Fransızlar Rusiya ilə Ermənistanın, KTMT ilə Ermənistanın arasını vurmağa çalışacaqlar, amma sonuncunu müdafiə etməyəcəklər”.

 

Həmsöhbətimiz ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunub: “Minsk Qrupu 2007-ci ildə, Qarabağ probleminin həlli ilə bağlı “Madrid prinsipləri” iflasa uğradığı dövrdə effektivliyini itirdi. Diqqət yetirin: 13 ildir Minsk Qrupunun planlarını deyil, sülh yolu ilə digər həll planlarını (Obama planı, Kazan formatı, Vyana planı) gördük. Minsk Qrupu 13 ildir heç bir şey təklif etmirsə, görünür, bu qurumun gələcəyini düşünmə zamanı gəlib”.

Müəllif: Nicat Hacıyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə