İran geri çəkilmir: “Uranın zənginləşdirilməsi heç vaxt dayanmayacaq”

Dünya

30.06.2025 - 10:55

cedabet dərman SEO Xidməti

Əmir Səid İrəvani: “Biz bu hüquqdan istifadə etmək istəyirik”

“İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır”. AYNA.AZ bildirir ki, bu sözləri Amerikanın CBS telekanalına müsahibəsində İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

Diplomat vurğulayıb ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən, uranın zənginləşdirilməsi fəaliyyəti İranın hüququdur: “Biz bu hüquqdan istifadə etmək istəyirik”.

Tehranın uranın zənginləşdirilməsini bərpa etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran diplomat deyib ki, “zənn edirəm ki, zənginləşdirmə heç vaxt dayanmayacaq”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi daha əvvəl CBS telekanalına müsahibəsində bildirib ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər. Onun sözlərinə görə, İran Fordo, Natanz və İsfahanda uranı emal etmək və zənginləşdirmək üçün müəyyən imkanlara malik olub və bu imkanlar hələ də var. Qrossi əlavə etdi ki, bu imkanlar “əsasən məhv edilib”, lakin “bir müəyyən qədər qalır”.

CNN-in iyunun 24-də verdiyi məlumata görə, Amerika kəşfiyyatı İrana zərbələrin Tehranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyi qənaətindədir. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, hücum Tehranın nüvə silahı əldə etməsini bir neçə ay gecikdirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş