Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası

Dünya

30.06.2025 - 20:46

cedabet dərman SEO Xidməti

Aleksey Getman: “Pulemyotla öldürmək “insani”dir, amma piyada əleyhinə mina ilə öldürmək “insani” deyil”?”

Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxır. Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiya Konvensiyanın iştirakçısı deyil, ona görə də döyüş üsulu kimi piyada əleyhinə minalardan geniş istifadə edir. Bu halda Ukrayna qeyri-bərabər vəziyyətə düşür və bu da onun özünümüdafiə hüququnu məhdudlaşdırır.

Qeyd edək ki, Polşa, Litva, Latviya və Estoniya Ottava Konvensiyasından çıxmaq niyyətlərini daha əvvəl bəyan ediblər. Polşada bu ideya bu yaxınlarda parlament tərəfindən dəstəklənib. Başqa ölkələrin parlamentlərinin də bu barədə qərarının olacağı gözlənilir.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru, hərbi analitik Aleksey Getman mövzu ilə bağlı yazdığı analitik yazısında qeyd edib ki, hazırda dünyanın bir növ psevdohumanizmlə məşğul olduğunu başa düşmək vacibdir: “Xüsusən də, nədənsə bəzi silahların “insani”, bəzilərinin isə “qeyri-insani” olduğunu nəzərə almaq lazımdır. Diqqətlə fikir versək, bu ən azından qəribə görünür. Pulemyotla öldürmək “insani”dir, amma piyada əleyhinə mina ilə öldürmək “insani” deyil”? Eyni zamanda, hələ 2022-ci ildə, Ottava Konvensiyasının 25 illiyi ilində Ukraynada rusların piyada əleyhinə minalardan istifadə etməsi qeydə alınıb. Bəs biz nə edirik? Konvensiyaya nəzakətlə əməl edirik”.

“Düşmən hərbçilərini öldürmək üçün silahlardan istifadə olunmalıdır. Nə qədər sürətli və daha çox düşmən əsgəri öldürsək, bir o qədər yaxşıdır. Və hesab edirəm ki, bunun “insani” olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Düşmənə hədsiz dözümlülük ukraynalı hərbçilərin əlavə itkilərinə səbəb olur. Biz təəssüf ki, artıq bunu bilirik”, - deyə Getman vurğulayıb.

Hərbi ekspert vurğulayıb ki, Ukrayna Piyadalar Əleyhinə Minaların Qadağası Konvensiyasını yerinə yetirərkən hər il minaların sayı və növləri, minalanmış sahələrin yerləri, onların təmizlənməsi üzrə proqramların icrası istiqamətində minalar məhv edir. “2020-ci il hesabatında Ukraynanın 3 milyondan çox qadağan olunmuş piyada əleyhinə minanı məhv etdiyi qeyd olunmuşdu. Ukraynanın piyada əleyhinə minaları məhv etməsi Rusiyanın tammiqyaslı işğalına qədər davam etdi. Ona görə də indi bir sual var: Ottava Konvensiyasından çıxdıqdan sonra bu minalar bizdə kifayət qədər olacaq, yoxsa hardansa almalıyıq? Hesab edirəm ki, bu istiqamətdə düşünməyimiz vacibdir”

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş