“Qalx, Gürcüstan” – Tiflisin mərkəzində etiraz aksiyası

Dünya

30.06.2025 - 08:51

cedabet dərman SEO Xidməti

Nümayişçilər hakimiyyətin siyasətinə, o cümlədən müxalifət liderlərinin son həbslərinə etiraz ediblər

Bazar günü axşam bir sıra iri QHT-lər və vətəndaş fəalı platformaları tərəfindən “Qalx, Gürcüstan” şüarı altında etiraz aksiyası keçirilib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, etirazçılar parlament binası qarşısında çıxışlar üçün səhnə qurublar.

Nümayişçilər hakimiyyətin siyasətinə, o cümlədən müxalifət liderlərinin son həbslərinə etiraz ediblər. Parlament binasının yerləşdiyi Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Aksiyanın təşkilatçıları arasında “Transparency International Georgia” təşkilatı, “Sapari”, 5-ci prezident Salome Zurabişvilinin yaratdığı 26 May Komitəsi, həmçinin “Tsinaprebi”, “Daitove” və “Protest 24” vətəndaş cəmiyyəti platformaları olub. “Güclü Gürcüstan” koalisiyası da aksiyada iştirak edib.

Qeyd edək ki, Gürcüstanda mütəmadi olaraq keçirilən etiraz aksiyaları 200 gündən artıqdır ki, davam edir. Bir neçə onlarla etirazçıya qarşı cinayət işi açılıb. Parlamentin İstintaq Komissiyasına gəlməkdən boyun qaçıran müxalifət partiyalarının liderlərinə məhkəmələr bir-birinin ardınca hökmlər çıxarır.

Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası ölkədəki etirazların “xarici qüvvələr” tərəfindən təşkil olunduğunu iddia edir və Qərb fondlarını “inqilabi əhval-ruhiyyəni” dəstəkləməkdə ittiham edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş