Azərbaycan Ordusunun üç tankının vurulması yalandır

Aktual

04.11.2020 - 13:56

Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi

 

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya üç tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir: “Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir”.

Müəllif: Ayna.az