Qobustanda evdən 15 min manatlıq qızıl oğurlanıb

Xəbərlər

12.01.2023 - 15:02

cedabet dərman SEO Xidməti

Ev sahibinin qohumu şübhəli şəxs qismində saxlanılıb

Qobustan rayonunun Təklə kəndindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu Burcalı Hacıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş