Silahlı insidentdə 17 nəfər yaralanıb
Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.
AYNA xəbər verir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.
Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.
Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.