Qəzzada xəstəxana ərazisindəki kütləvi məzarlıqda 180 cəsəd tapılıb

Dünya

22.04.2024 - 10:42

Məzarlıqda kişi, qadın və uşaq cəsədləri var

Fələstinin fövqəladə hallar xidmətləri Qəzza zolağının Xan Yunis şəhərindəki Nasser tibb kompleksinin ərazisindəki kütləvi məzarlıqda ən azı 180 cəsəd tapıb. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qeyd olunub ki, kütləvi məzarlıq İsrail əsgərləri tərəfindən hazırlanıb. Məzarlıqda kişi, qadın və uşaq cəsədləri var.

Hazırda şəhərdə ölənlərin axtarışı davam edir.

Müəllif: Ayna.az