XİN başçıları Livandakı son hadisələri də müzakirə ediblər
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı Vaşinqton və Tehran arasında vasitəçilik səylərini müzakirə edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) məlumatında qeyd olunub.
Məlumatda deyilir: "Qətər gərginliyin qarşısını almağa və regionda təhlükəsizliyin və sabitliyin, eləcə də davamlı sülhün möhkəmləndirilməsinə töhfə verəcək hərtərəfli razılaşmanın əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir".
Nazirlik əlavə edib ki, söhbət zamanı tərəflər Livandakı son hadisələri də müzakirə ediblər.