Parlament seçkilərində 18 siyasi qüvvə iştirak edir: 16 partiya və 2 blok
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, yerli vaxtla saat 08:00-da bütün seçki məntəqələri seçicilərin üzünə açılıb. Seçki məntəqələrinin sayı 2005-dir. Səsvermə saat 20:00-dək davam edəcək.
Ölkənin Mərkəzi Seçki Komissiyasının dərc etdiyi məlumatlara görə, səs vermək hüququ olan vətəndaşların ümumi sayı 2 milyon 485 min 851 nəfərdir.
Parlament seçkilərində 18 siyasi qüvvə iştirak edir: 16 partiya və 2 blok.