“Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində 49,81 faiz səs toplayıb
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Vətəndaş Müqaviləsi” Partiyası dünən keçirilən parlament seçkilərində 49,81% səs toplayıb.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Paşinyan partiyasının ölkə hökumətini formalaşdırmaq hüququ var. Çünki qanuna əsasən ən çox səs toplayan partiya ölkədəki milli azlıqlardan əlavə mandatlar alır.
Biznesmen Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,29%, keçmiş Prezident Robert Köçəryanın "Ermənistan" bloku isə 9,94% səs toplayıb. Biznesmen Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası isə 4% səs toplayıb. Bu siyasi qüvvələr də Ermənistan Parlamentinə daxil olub.
Seçkilərdə iştirak 58,97% təşkil edib.