10-dan çox İran futbol rəsmisi və milli komanda heyətinin üzvü hələ də viza almayıb
ABŞ hakimiyyəti İran Futbol Federasiyasının prezidentinə viza verməkdən imtina edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti dörd yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, 26 iranlı futbolçunun hamısı gələn həftə başlayacaq Dünya Çempionatında iştirak etmək üçün ABŞ-a daxil olmaq üçün viza alıb. Lakin 10-dan çox İran futbol rəsmisi və milli komanda heyətinin üzvü hələ də viza almayıb və bəzilərinə rədd cavabı verilib.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş zabitidir. Lakin o uzun illər idman rəsmisi olub və 2016-cı ildən bəri futbol federasiyasına rəhbərlik edir.
İranın “Fars” xəbər agentliyi də milli komanda heyətinin bir neçə üzvünün hələ də viza almadığını təsdiqləyib. ABŞ-ın Cənubi Afrikadakı səfirliyi “X” sosial şəbəkəsində yazıb ki, FIFA Dünya Kubokuna qatılan bütün qonaqlar üçün viza vermək məcburiyyətindədir.
Qeyd edək ki, Dünya Çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. İran ABŞ ilə silahlı münaqişəyə baxmayaraq, iştirakını əvvəllər təsdiqləmişdi. İran millisinin ilk oyunu iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiyaya qarşı keçiriləcək.