“Onlar saxtadırlar, amma elə göstərməyə çalışırlar ki, belə deyil"
Amerikalı milyarder İlon Maskın atası, sahibkar Errol Mask Avropa İttifaqını (Aİ) tənqid edərək, İttifaqı “saxta” adlandırıb.
AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, o Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) kuluarlarında qeyd edib ki, "Avropa İttifaqı heç kimi təmsil etmir. Onlar saxtadırlar, amma elə göstərməyə çalışırlar ki, belə deyil".
Errol Maskın sözlərinə görə, “Avropa əhalisi nə öz hökumətlərini, nə də Aİ səlahiyyətlilərini dəstəkləyir”.