“Türkiyə ilə münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm"
“Xoşbəxtlikdən indi Azərbaycanla Ermənistan arasında sülh var”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri və "Vətəndaş Müqaviləsi" Partiyasının sədri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
O seçkilərin region üçün mümkün nəticələri barədə danışarkən bildirib ki, Gürcüstanla çox dərin münasibətlər var: “Əlbəttə ki, Türkiyə ilə münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm".
Paşinyan həmçinin Türkiyə ilə sərhədin, eləcə də dəmir yolu və avtomobil yollarının yaxın gələcəkdə yenidən açılacağına əminliyini ifadə edib.
Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.