Qasırğa 13 can aldı

Dünya

10.11.2019 - 22:29

Təbii fəlakət nəticəsində 30 nəfər yaralanıb, 36 nəfər itkin düşüb

 

Banqladeş sahillərində baş vermiş “Bulbul” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Bundan əvvəl qasırğa nəticəsində 6 nəfərin öldüyü bildirilmişdi. 

 

Təbii fəlakət nəticəsində 30 nəfər yaralanıb, 36 nəfər tkin düşüb.

 

Hökumətin təşəbbüsü ilə sahilyanı ərazilərin 2 milyona yaxın sakini təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

 

Qasırğa 6 mindən çox yaşayış binasına ziyan vurub.

 

Müəllif: Ayna.az