PSJ bu yay Li Kanq-inlə yollarını ayıracaq

İdman

06.06.2026 - 22:33

Fransa klubu hücumçunun müqaviləsini yeniləməyəcək

Fransanın PSJ klubunun rəhbərliyi hücumçu Li Kanq-inin müqaviləsini yeniləməyəcək. AYNA.AZ-ın “RMC Sport”a istinadən məlumatına görə, məqbul təklif alınacağı təqdirdə Paris klubu oyunçunun bu yay ayrılmasına etiraz etməyəcək.

Kanq-in 2023-cü ilin yayından PSJ-də çıxış edir. Onun hazırkı müqaviləsi 2027/28 mövsümünün sonuna qədərdir. “Transfermarkt” onun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.

Daha əvvəl media orqanları Koreya millisinin üzvünə "Atletiko Madrid" və "Aston Villa"nın maraq göstərdiyini bildirmişdi.

2025/26 mövsümündə Kanq-in bütün turnirlərdə 39 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş