Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Xəbərlər

06.06.2026 - 23:09

İyunun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 548 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş