“Qərb Ukrayna ilə bağlı Pekinə göstəriş vermək iqtidarında deyil”

Dünya

07.04.2023 - 11:41

cedabet dərman SEO Xidməti

Səfir Qərbi Pekinə Ukraynadakı münaqişə ilə bağlı göstəriş verməməyə çağırıb

“Çin tərəfi Ukraynada münaqişənin yaradılmasında iştirak etməyib. Bundan əlavə, Pekin böhranın tərəfi deyil və heç bir ölkəni silahla təmin etmir”. AYNA xəbər verir ki, bu sözləri Çinin Rusiyadakı səfiri Cjan Xanxuey ölkəsinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyini “İzvestiya” qəzetinə müsahibəsində şərh edərkən deyib.

Səfir Qərbi Pekinə Ukraynadakı münaqişə ilə bağlı göstəriş verməməyə çağırıb: “Qərb Çinə göstəriş vermək iqtidarında deyil. Eyni zamanda, Qərb Pekinin üzərinə məsuliyyət atmaq səlahiyyətinə malik deyil”.

Diplomat əlavə edib ki, Ukraynada münaqişənin lap əvvəlindən Çin məsələnin sülh yolu ilə nizamlanması üçün təşəbbüs göstərib.

Onun sözlərinə görə, Pekinin bu böhranda öz maraqları yoxdur: “Bununla belə, Çin kənar müşahidəçi deyil, həm də oda benzin tökmür”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş