Braylo dövlət dövlət qulluğuna uyğun gəlməyən cinayət törətdiyinə görə Belarus Prezidentinin köməkçisi vəzifəsindən azad edilib
Belarus Prezidenti Aleksandr Lukaşenko köməkçisini “qəbuledilməz hərəkətə görə” işdən çıxarıb. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının saytı məlumat yayıb.
“İqor Braylo dövlət dövlət qulluğuna uyğun gəlməyən cinayət törətdiyinə görə Belarus Prezidentinin köməkçisi - Vitebsk vilayəti üzrə müfəttiş vəzifəsindən azad edilib”, - deyə məlumatda bildirilib.
Köməkçinin vəzifəsindən azad edilməsinin dəqiq səbəbinin nə olduğu açıqlanmayıb.
Qeyd edək ki, Braylo 2023-cü ilin iyul ayından müfəttiş vəzifəsini tuturdu. O əvvəllər Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə rəhbərlik edib. Lukaşenko təyinatı zamanı tabeliyində olan şəxsdən Vitebsk vilayətinin iqtisadi göstəricilərində yaxşılaşma görmək istədiyini bəyan edib və yeni vəzifəni sürgün kimi qəbul etməməyi tövsiyə edib.