Ukrayna ərazisindən tranzitlə Avropaya 40,4 milyon kubmetr qaz tədarük edilir
“Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya 40,4 milyon kubmetr qaz tədarük edir. Bu barədə AYNA TASS-a istinadən bildirir.
Qeyd edilib ki, bu, əvvəlki günlərlə müqayisədə 3 faiz çoxdur.
Məlumata görə, “Qazprom” Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün Ukrayna tərəfinin “Sudja” GIS vasitəsilə təsdiq etdiyi həcmdə - 40,4 milyon kubmetr həcmində tədarük edir.
Qeyd edək ki, fevralın 18-də “Qazprom” Ukrayna ərazisi ilə 39,2 milyon kubmetr qaz nəql edib.