Qazaxıstan Xəzər sahilində yeni taxıl terminalı açıb

Dünya

12.11.2024 - 19:57

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda taxıl terminalında 14 min tona yaxın arpa saxlanılır

Manqistau vilayətinin Kurık limanında gücü ildə 1 milyon ton olan yeni taxıl terminalı istifadəyə verilib. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, “Kaspi Grain Way” özəl şirkətinin Kurık limanının ərazisində yerləşən taxıl terminalı bu ölkənin hər yerindən taxıl məhsullarını qəbul etməyə hazırdır.

Layihə çərçivəsində eyni vaxtda 28 min tona qədər taxıl məhsulunun saxlanıla biləcəyi 18 silos tikilib. Konveyerlərin gücü saatda 300 tondur.

Terminal taxıl ixracı həcmlərinin proqnozlaşdırılan artımını təmin edəcək. Hazırda taxıl terminalında 14 min tona yaxın arpa saxlanılır.

Müəllif: Ayna.az