“Qaz təchizatı haqqında” qanun dəyişib

Xəbərlər

03.02.2023 - 14:45

Prezident İlham Əliyev qanunu imzalayıb

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

AYNA xəbər verir ki, dəyişikliyə əsasən ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

Müəllif: Ayna.az