Bu, Xartum Beynəlxalq Hava Limanının bağlanması ilə bağlıdır
“Qatar Airways” Sudana uçuşları dayandırıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
“Qatar Airways”dən bildirilib ki, bu, Xartum Beynəlxalq Hava Limanının bağlanması ilə bağlıdır.
Qeyd edək ki, Sudanda siyasi böhran bir neçə gündür ki, dərinləşib. Artıq ölkədə vətəndaş müharibəsinin baş verdiyi məlumatları yayılmaqdadır.