Mikroavtobus qəzası nəticəsində onlarla insan xəsarət alıb
Türkiyənin şərqindəki Qars vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 27 nəfər xəsarət alıb. Bu barədə AYNA DHA-ya istinadən xəbər verir.
Agentliyin məlumatına görə, qəza dünən axşam saatlarında yol ayrıcında baş verib. Sərnişinləri olan maşınlardan biri Sarıqamış şəhərinə, digəri isə Kağızmana gedirmiş.
Hadisə yerinə təcili xidmətlər gəlib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.