"Qardaş yumruğu"nda iştirak edən hərbçilər təltif olunublar - FOTO

Xəbərlər

06.12.2022 - 16:18

Mükafatları Azərbaycanın və Türkiyənin müdafiə nazirləri təqdim ediblər

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub.

AYNA xəbər verir ki, mükafatları hərbçilərə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təqdim ediblər.

Nazirlər daha sonra video telekonfrans üsulu ilə təlimdə iştirak edən qoşunlara müraciət ediblər.

Çətin hava və relyef şəraitində uğurla həyata keçirilən təlimdə iştirak edən qoşunları təbrik edən hər iki ölkənin müdafiə nazirləri həyata keçirilən fəaliyyətin yekun qiymətləndirilməsi üçün keçirilən toplantıya qatılıblar.

"Qardaş yumruğu"nda iştirak edən hərbçilər təltif olunublar - "Qardaş yumruğu"nda iştirak edən hərbçilər təltif olunublar - "Qardaş yumruğu"nda iştirak edən hərbçilər təltif olunublar -
Müəllif: Ayna.az