Qanunsuz ov edənlər saxlanılıblar

Xəbərlər

02.11.2022 - 14:37

cedabet dərman SEO Xidməti

Sənədsiz "İJ" markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş