Qanunsuz ov edənlər saxlanılıblar

Xəbərlər

24.10.2022 - 16:21

cedabet dərman SEO Xidməti

2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovlanan bataqlıq quşları aşkar edilib

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun “Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Sumqayıt şəhər sakini Emil Əliyev və Siyəzən rayon sakini Məhəmməd Nağıyev tutulublar.  Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş