Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı götürülüb
Qubada qanunsuz ov edən şəxs saxlanılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində saxlanılan Füzuli Ağayevdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.