Qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

29.12.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxsdən sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Bəyimli kəndində qanunsuz ov edən rayon sakini Səyyab İsrafilov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxsdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş