Qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb

Xəbərlər

11.01.2023 - 17:42

cedabet dərman SEO Xidməti

5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, yanvarın 9-10-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Xaçmaz, Şamaxı və Masallı rayonlarında yerləşən heyvan kəsimi məntəqələrində bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş