Qanunsuz erməni silahlılarının Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində səngər qazmasının qarşısı alınıb

Xəbərlər

25.03.2023 - 17:29

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə məlumat yayıb

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif: Ayna.az