Qanunsuz erməni silahlıları ordumuzun mövqelərini atəşə tutublar

Xəbərlər

14.11.2022 - 12:01

cedabet dərman SEO Xidməti

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş