“Polisin kobud güc tətbiq etməsi yekun nəticənin əldə olunmasına mane olmayacaq”
“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifəsindən gedəcək”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, söhbət güzəştdən yox, Paşinyanın hakimiyyətdən getməsindən gedir: “O, ağıllıdır, Baş nazir postundan gedəcək”.
Hərəkat lideri əlavə edib ki, polisin kobud güc tətbiq etməsi yekun nəticənin əldə olunmasına mane olmayacaq: “Bizi heç nə dayandıra bilməz”.