Putinin Avropada yeni müttəfiqi var: “Brüssel, Vaşinqton və Kiyev zərbə aldı”

Dünya

10.04.2024 - 11:44

“Al Khaleej” Slovakiyada keçirilən seçkilərdə Pelleqrininin qələbəsini Ukrayna üçün zərbə adlandırıb.

Slovakiya Parlamentinin rəhbəri Peter Pelleqrininin ölkədə keçirilən prezident seçkilərində qələbəsi Rusiya və Ukrayna üçün fərqli məna kəsb edir. AYNA xəbər verir ki, bu barədə “Al Khaleej” agentliyi yazıb.

“Rusiya Prezidenti Vladimir Putinin Avropada yeni müttəfiqi var: Slovakiyada keçirilən prezident seçkilərində Peter Pelleqrini qalib gəlib. Beləliklə, Brüssel, Vaşinqton və Kiyev yeni zərbə aldı”, - deyə jurnalistlər qeyd ediblər.

Bildirilib ki, indi Slovakiya Ukraynanın tərəfdaşı olmaqdan çıxıb və Rusiyanın dostu olub. Materialın müəllifləri xatırladıblar ki, iyul ayına qədər Bratislavanın Kiyevə yardımı 750 milyon dollar təşkil edib.

Xatırladaq ki, Slovakiyada keçirilən prezident seçkilərində Peter Pelleqrini qalib gəlib. Seçkilər və Siyasi Partiyaların Maliyyələşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyasından verilən məlumata görə, birinci turun nəticələrinə görə, Pelleqrini 53,12 faiz səs toplayıb.

Müəllif: Ayna.az