Putin Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün şərtlərini açıqladı

Dünya

28.02.2022 - 20:04

cedabet dərman SEO Xidməti

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla danışığının təfərrüatlarını açıqlayıb.

AYNA-nın Kremlin saytına istinadən xəbərinə görə, Putin Makronla telefon danışığı zamanı bildirib ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.

“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - Kremlin məlumatında qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş