Putin: “Təəssüflər olsun ki, problemlər var, insidentlər olur”

Aktual

26.11.2021 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir”

“Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq çox uğurla inkişaf edir”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə deyib.

“Pandemiyaya baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11% artıb”, - deyə Putin bildirib ki, biznes dairələrin iqtisadi marağı var: “Pandemiya ilə əlaqədar məhdudlaşdırılmalar olmasına baxmayaraq, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Bizim 900 müəssisəmiz Azərbaycanda çalışır, Azərbaycan iqtisadiyyatına 4,5 mlrd. dollar birbaşa Rusiya sərmayəsi qoyulub. Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir”.

"Biz bu gün Qarabağ nizamlanması ilə bağlı üçtərəfli formatda danışacağıq. Bir müddət sonra Ermənistanın Baş naziri bizə qoşulacaq. Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüf ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.

Rusiya Prezidenti Azərbaycanda rus dilinin dəstəklənməsinə görə İlham Əliyevə təşəkkür edib. Putin humanitar təmasların davam etdiyini bildirib: “Hər şeydən öncə, mən hər zaman Sizinlə görüşlərimizdə bunu deyirəm, rus dilinin inkişafına və dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Bu, yaxşı göstəricidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş