Qarabağda atəşkəs rejiminə tam şəkildə əməl olunur

Aktual

19.11.2020 - 12:27

Aleksey Polyuxoviç: “Sülhməramlı kontingent vəzifələrini nizamlı rejimdə yerinə yetirir”

 

Qarabağda atəşkəs rejiminə tam şəkildə əməl edilir. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Qarabağdakı sülhməramlı kontingentin komandir müavini, polkovnik Aleksey Polyuxoviç deyib.

 

Onun sözlərinə görə, sülhməramlı qüvvələrin postlarında vəziyyət sakitdir: “Qarabağ ərazisindəki atəşkəs rejimi müşahidə olunur. Sülhməramlı kontingent vəzifələrini nizamlı rejimdə yerinə yetirir. Postlarda vəziyyət sakitdir”.

Müəllif: Ayna.az