“Heç bir status haqqında söhbət gedə bilməz” – <font color=red> PREZİDENT</font>

Aktual

17.11.2020 - 13:07

İlham Əliyev: “Vahid Azərbaycan dövləti var”

 

“30 il ərzində müxtəlif uydurmalar ortalığa atılırdı. Həm Ermənistan rəhbərliyi, həm onların havadarları, həm ermənipərəst qüvvələr, həm azərbaycanofob qüvvələr tərəfindən ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı isə döyüşə bilmir. Məhv etmişik bu uydurmanı. Göstərmişik, kim döyüşkən xalqdır, göstərmişik, kim müzəffər xalqdır!”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

 

Ali Baş Komandan qeyd edib ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi: “Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

 

“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”, - deyə Prezident Dağlıq Qarabağın status məsələsinə toxunarkən bildirib.

 

Ölkə başçısı qeyd edib ki, Azərbaycan Ordusu erməni mifologiyasını, uydurmasını məhv etdi. Biz onları yerinə oturtduq. Bundan sonra onlar rəzalət damğası ilə yaşayacaq. Düşmən bizim qarşımızda diz çöküb. Düşmən rəzalət damğası ilə yaşayacaq, biz isə qürur hissi ilə yaşayacağıq. Azərbaycan müzəffər xalq kimi, yenilməz ordu, güclü, iradəli dövlət kimi yaşayacaq”.

 

“44 gün ərzində müntəzəm olaraq müxtəlif dövlətlərdən gələn təzyiqlərə baxmayaraq, qazanılan möhtəşəm qələbə xalqımıza yaraşır. Bu qələbə bizim dövlətimizə, igid oğullarımıza yaraşır. Bu qələbə gücümüzü göstərdi. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaqdı, barışmadıda. 17 il ərzində mən demişdim ki, heç vaxt imkan vermərik ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağını demişdim. Mənim çıxışlarım hər yerdə var. Mən bü sözləri demişəm və dediyimə əməl etmişəm”, - deyə Prezident bildirib.

Müəllif: Ayna.az