Ordumuzun leytenantı: “Yüksək döyüş ruhuna malikik”

Aktual

25.10.2020 - 13:48

“Düşmənin zirehli texnikaları, canlı qüvvəsi və uzunmüddətli mühəndis tikililəri məhv edilmişdir”

 

"Leytenant Atayev Şamxal Cəliloğlu, mən fəxr edirəm ki, torpaqlarımızın azad edilməsində  iştirak edirəm". AYNA xəbər verir ki, bunu ordumuzun leytenantı Müdafiə Nazirliyinin yaydığı videomüraciətdə deyib.

 

O bildirib ki, bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir: "Bölməmiz tərəfindən düşmənin zirehli texnikaları, canlı qüvvəsi və uzunmüddətli mühəndis tikililəri məhv edilmişdir. Ali Baş Komandanın dediyi kimi, Qarabağ Azərbaycandır!", - deyə leytenant vurğulayıb.

Müəllif: Ayna.az