Putin seçkilərdə qalib gəlib

Dünya

18.03.2024 - 09:12

Hazırkı Prezident 87,32 faiz səslə liderdir

Rusiyada baş tutmuş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd edilib.

Bildirilib ki, nəticələr görə, hazırkı Prezident Vladimir Putin 87,32 faiz səslə liderdir.

İkinci yerdə Rusiya Kommunist Partiyasından Nikolay Xaritonovdur. Xartinov seçicilərin 4,31 faiz səsini qazanıb.

Üçüncü yerdə 3,79 faiz səslə Vladislav Davankov (“Yeni İnsanlar”), sonuncu sırada isə 3,19  faiz səslə Leonid Slutski (RLDP) qərarlaşıblar.

Müəllif: Ayna.az