Siyahıya daxil olan şəxslərin adları 10 gün ərzində hökumət tərəfindən müəyyən ediləcək
Rusiya Prezidenti Vladimir Putin sanksiyalara cavab tədbirləri haqqında bağlı fərman imzalayıb. AYNA bildirir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Fərmana əsasən, Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən dövlətlərə qarşı cavab iqtisadi tədbirlər görüləcək. Rusiyalı kontragentlərə sanksiyalar siyahısına daxil edilmiş xarici fiziki və hüquqi şəxslər qarşısında əməliyyatlar aparmaq və öhdəlikləri yerinə yetirmək qadağan edilir.
Siyahıya daxil olan ölkələrə məhsul və xammal tədarükü də qadağan olunacaq. Siyahıya daxil olan şəxslərin adları 10 gün ərzində hökumət tərəfindən müəyyən ediləcək. Fərman Prezident tərəfindən imzalandığı andan qüvvəyə minir.
Daha əvvəl politoloq Malek Dudakov Rusiya rəhbərliyinə əks-sanksiya tədbirlərindən biri kimi Rusiya bazarını tərk etmək qərarına gələn xarici şirkətlərin əmlakını milliləşdirməyi, eləcə də tədarükün məhdudlaşdırılmasını təklif etmişdi.