Prezident Şuranın daimi üzvləri ilə operativ iclas keçirəcək
Oktyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Sabah Prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü planlaşdırılır", - Kreml sözçüsü deyib və Putinin iclasdan sonra təlimat verəcəyini söyləyib.